InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında 12 yaşına çatmış uşağa qarşı ağırlaşdırıcı hallarda törədilmiş seksual zorakılıq ittihamı ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliklə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.
